16
января
2019
18:59
SON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIR
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən MAY.AZ-a verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.