Вторник
окт 31

Məşhur aktyorun ölümünə dair detallar ortaya çıxdı!

Məlum olduğu kimi, "Friends" serialındakı Chandler Bing obrazı ilə milyonların könlünü fəth edən aktyor Metyu Perri evinin cakuzisində ölü tapılıb.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Evinin cakuzisində ölü tapılan Metyu Perrinin son anlarının təfərrüatları gəlib. Köməkçisi məşhur aktyoru evdə cəmi iki saat tək qoyub və qayıdanda onu cakuzidə hərəkətsiz vəziyyətdə tapıb.


Ölümü həm pərəstişkarlarını, həm də Hollivud dünyasını dərindən sarsıdan Metyu Perrinin 54 yaşı var idi. Ölüm səbəbi hələ açıqlanmayan Perrinin yarılması aparılacaq.
Perrinin şəxsi köməkçisinin aktyoru Los-Ancelesdəki Pacific Palisadesdəki evində cəmi iki saata tək qoyaraq ona yeni telefon və reseptli eynək almağa getdiyi öyrənilib.


ABŞ mətbuatında yayılan xəbərlərə görə, o, şənbə günü saat 16:00-da evə qayıdan zaman köməkçisi məşhur aktyoru cakuzidə hərəkətsiz vəziyyətdə görüb və təcili yardım çağırıb.


15 saniyəlik səs yazısında bir kişinin "Boğulma hadisəsinə müdaxilə edəcəklərini" dediyi eşidilir. Təcili yardıma xəbər verdikdən sonra məşhur aktyorun köməkçisi Perrinin bacılarından birinə və anası Suzanna zəng edib. Cakuzidə dünyasını dəyişən məşhur aktyor bir dəfə də olsun xəstəxanaya aparılmayıb.


Perrinin evində cinayət yerinin araşdırılması zamanı heç bir dərman tapılmadı, lakin antidepresanlar, narahatlıq əleyhinə dərmanlar və xroniki ağciyər xəstəliklərində istifadə edilən dərman tapılıb.

Комментарии (0)

Оставить комментарий