10:09 Şuşada II Qlobal Media Forumu başlayır  ///  10:55 Sabah bəzi yerlərdə yağış yağacaq - 20.07.2024  ///  13:36 İlham Əliyev Böyük Britaniyada səfərdədir  ///  11:57 Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib - Hikmət Hacıyev AÇIQLADI  ///  09:33 Diqqət! Bakı sakinlərinin NƏZƏRİNƏ - Saat 12-dən etibarən...  ///  11:59 Bu şəxslər 2000 manat cərimə ediləcək  ///  11:01 İyulun 13-də bəzi yerlərdə 40 dərəcə isti olacaq  ///  11:46 İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi  ///  08:53 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 11.07.2024  ///  08:53 Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?  ///  12:46 Azərbaycan əhalisinin yanacaq xərcləri 6%-ə yaxın artıb  ///  11:57 Küləklə bağlı sarı xəbərdarlıq EDİLİB  ///  11:53 Məhərrəm ayında toy etmək olmaz?  ///  09:41 Bakıda iki icra başçısına ciddi XƏBƏRDARLIQ EDİLDİ  ///  09:40 40° isti olub - Faktiki hava  ///  11:32 İstirahət günü 39° isti olacaq  ///  08:48 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  ///  11:00 İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi  ///  13:52 Sabah 36° isti olacaq - Hava proqnozu  ///  09:13 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gecə saat 00-dan etibarən...  ///  07:49 Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA  ///  07:47 Mənzil bazarında kəskin BAHALAŞMA  ///  07:45 Sürücülərin NƏZƏRİNƏ: Rüsum TƏSDİQLƏNDİ  ///  11:26 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?  ///  11:22 Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib  ///  08:05 Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA  ///  08:00 Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA  ///  13:54 Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? - VACİB MƏLUMATLAR  ///  13:49 Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ  ///  11:50 Taksilərlə bağlı qərardan sonra maşın bazarında son vəziyyət: "Prius"lar sıradan çıxır"  ///  11:07 Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib  ///  11:06 Qiymətlər DƏYİŞDİ: Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR?  ///  08:06 Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir  ///  20:55 Avtobus və metroda sərnişin daşımanın qiyməti DƏYİŞDİ  ///  20:53 Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq  ///  20:52 Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ  ///  13:10 Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI  ///  11:06 Gələn ayın ilk günü hava yağıntılı olacaq  ///  19:25 Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ  ///  10:54 Bu halda telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ  ///  10:51 FHN əhaliyə müraciət etdi  ///  09:22 Azərbaycanda bu şəxslərə hər ay PUL VERİLƏCƏK  ///  07:49 Azərbaycanda 5 bal gücündə zəlzələ oldu  ///  07:47 Metronun "Sahil" stansiyasının qarşısındakı səkilər genişləndirildi  ///  07:46 Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi  ///  07:45 Arif Quliyevin həyat yoldaşı vəfat etdi  ///  12:27 COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər olacaq - RƏSMİ  ///  12:28 Ordu - Azərbaycan xalqının fəxridir  ///  11:15 Sabahın hava proqnozu açıqlanıb  ///  11:14 Küləkli hava şəraiti bu tarixədək davam edəcək  ///  
Четверг
июл 04

İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"4 İyul - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk.

Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq.

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".



Rəylər

Reyler (0)

Оставить комментарий
Temu