Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA
Xeberler 18

Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA

Bakının Nəsimi rayonu ərazisindəki bəzi çayxanalarda müştərilərə həyətdə oturmağa icazə verilmir.

Bununla bağlı Oxu.Az-a müştərilər məlumat veriblər.

Qeyd olunub ki, "Şamaxinka" kimi tanınan ərazidəki çayxanalarda illərdir ki, hamı həyətdə otururdu. Hətta futbol üzrə Avropa çempionatı ilə əlaqədar monitorlar da quraşdırılmışdı. Ötən gün isə müştərilərə bildirilib ki, artıq çayxananın həyətində oturmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və XidmətDepartamentinə sorğu ünvanladıq. Departamentdən Oxu.Az-ın sualına cavab olaraq bildirildi ki, sözügedən məsələnin onlara aidiyyatı yoxdur.




Son xəbərlər