Qiymətlər DƏYİŞDİ: Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR?
Xeberler 13

Qiymətlər DƏYİŞDİ: Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR?

Xəbər vrediyimiz kimi, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.O cümlədən sərnişindaşıa üzrə nəqli8yyat vasitələrinin qiymmətləri dəyişib. Qərara əsasən avtobus və metrolarda gediş haqqı 50 qəpik olaraq təyin edilib.

Mövcud dəyişiklikləri nəzərə alsaq, bir sıra məsələlər yenidən gündəm gəlir. Hazırda Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır. Yeni tariflərə əsasən Azərbaycanda minimum əməkhaqqı 400 manata qədər artırılacaq?

Mövzunu Sonxeber.az-a şərh edən iqtisadçı Xalid Kərimli deyib ki, Tarif Şurasının qərarına əsasən yanacaq və nəqliyyat vasitələrinin qiymətləri dəyişib. Təbii ki, bu da ən çox müzakirə olunan mövzulardan biridir:

"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı gözlənti var. Belə ki, yanvarın 1-dən minimum əməkhaqqı artırılacaq və ilin sonlarından müəyyən qiymət təyin olunacaq. Hazırda minimum əməkhaqqının mövcud məbləği 345 manatdır. Amma güman edirəm ki, bu məbləğ 10-15 faiz arası bir rəqəm kimi artacaq. Yəni bu məbləğin 400 manata çatdırılmasını gözləmirəm".

Ekspert deyib ki, minimum əməkhaqqının artırılmasında indiki yanacağın qiyməti əsas götürülməyəcək:

" İl başlayandan inflyasiya göstəricisi 1 faizin altındadır. Yanacaq ilə bağlı qərarlar inflyasiyanı artıracaq. Amma güman etmirəm ki, bu çox böyük artıma gətirib çıxaracaq. Hökümət bu il üzrə 3.5-4 faizə qədər inflyasiya gözləyir və bu rəqəmə çata bilər. Minimum əməkhaqqı isə 15 faizi keçməyəcək bir rəqəmlə artırıla bilər. Lakin bütün bunlar hökumətdən asılıdır".




Son xəbərlər