10:09 Şuşada II Qlobal Media Forumu başlayır  ///  10:55 Sabah bəzi yerlərdə yağış yağacaq - 20.07.2024  ///  13:36 İlham Əliyev Böyük Britaniyada səfərdədir  ///  11:57 Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib - Hikmət Hacıyev AÇIQLADI  ///  09:33 Diqqət! Bakı sakinlərinin NƏZƏRİNƏ - Saat 12-dən etibarən...  ///  11:59 Bu şəxslər 2000 manat cərimə ediləcək  ///  11:01 İyulun 13-də bəzi yerlərdə 40 dərəcə isti olacaq  ///  11:46 İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi  ///  08:53 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 11.07.2024  ///  08:53 Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?  ///  12:46 Azərbaycan əhalisinin yanacaq xərcləri 6%-ə yaxın artıb  ///  11:57 Küləklə bağlı sarı xəbərdarlıq EDİLİB  ///  11:53 Məhərrəm ayında toy etmək olmaz?  ///  09:41 Bakıda iki icra başçısına ciddi XƏBƏRDARLIQ EDİLDİ  ///  09:40 40° isti olub - Faktiki hava  ///  11:32 İstirahət günü 39° isti olacaq  ///  08:48 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  ///  11:00 İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi  ///  13:52 Sabah 36° isti olacaq - Hava proqnozu  ///  09:13 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gecə saat 00-dan etibarən...  ///  07:49 Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA  ///  07:47 Mənzil bazarında kəskin BAHALAŞMA  ///  07:45 Sürücülərin NƏZƏRİNƏ: Rüsum TƏSDİQLƏNDİ  ///  11:26 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?  ///  11:22 Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib  ///  08:05 Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA  ///  08:00 Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA  ///  13:54 Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? - VACİB MƏLUMATLAR  ///  13:49 Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ  ///  11:50 Taksilərlə bağlı qərardan sonra maşın bazarında son vəziyyət: "Prius"lar sıradan çıxır"  ///  11:07 Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib  ///  11:06 Qiymətlər DƏYİŞDİ: Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR?  ///  08:06 Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir  ///  20:55 Avtobus və metroda sərnişin daşımanın qiyməti DƏYİŞDİ  ///  20:53 Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq  ///  20:52 Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ  ///  13:10 Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI  ///  11:06 Gələn ayın ilk günü hava yağıntılı olacaq  ///  19:25 Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ  ///  10:54 Bu halda telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ  ///  10:51 FHN əhaliyə müraciət etdi  ///  09:22 Azərbaycanda bu şəxslərə hər ay PUL VERİLƏCƏK  ///  07:49 Azərbaycanda 5 bal gücündə zəlzələ oldu  ///  07:47 Metronun "Sahil" stansiyasının qarşısındakı səkilər genişləndirildi  ///  07:46 Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi  ///  07:45 Arif Quliyevin həyat yoldaşı vəfat etdi  ///  12:27 COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər olacaq - RƏSMİ  ///  12:28 Ordu - Azərbaycan xalqının fəxridir  ///  11:15 Sabahın hava proqnozu açıqlanıb  ///  11:14 Küləkli hava şəraiti bu tarixədək davam edəcək  ///  
Воскресенье
июн 30

Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

Oxu.Az xəbər verir ki, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.

İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.

Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:

Bakı şəhəri üzrə:

- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Digər regionlar üzrə:

- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilib.

Qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.

Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.

İclasda idxaldan asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifi tətbiq ediləcək.

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.



Rəylər

Reyler (0)

Оставить комментарий
Temu