10
января
2019
20:19
Şəhadət barmağınız daha uzundursa... – Barmaqların SİRRİ
Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Sağ və ya sol əlinizin şəhadət və adsız (nişan) barmaqlarını ovucdan başladığı yerdən xətkeş ilə ölçərək, sizə məxsus bəzi əlamətləri aşkar edə bilərsiniz.
Şəhadət barmağı adsız barmaqdan uzundursa, siz, böyük ehtimalla kişi cinsindənsiniz.
Axar.az xəbər verir ki, bu barədə məlumatı tanınmış həkim Vasif İsmayıl qeyd edib. O bildirib ki, barmaq ölçüsünə görə, xəstəlikləri, çəkini və sairə əlamətləri bilmək mümkündür:
“Bir kişidə adsız barmaq şəhadət barmağından uzundursa, həmin şəxsdə prostat xərçəngi riski yüksəkdir, qadınlara daha çox maraq göstərirlər. Belə şəxslərdə alkoqolizm riski daha yüksəkdir, daha aqressivdirlər və idmanda daha başarılıdırlar. Digər halda isə, yəni kişidə şəhadət barmağı adsız barmaqdan daha uzundursa, sperma dəyərləri daha zəifdir, ürək xəstəlikləri, piylənmə riski daha çoxdur. Bu şəxslərdə prostat xərçəngi riski daha azdır, daha az kompüter oyunları oynayırlar, daha çox depressiyaya düşürlər və daha çox şizofreniya ilə xəstələnirlər. Həmçinin onlar imtahanlarda daha başarılıdırlar, çox vaxt bir qadınla münasibət qururlar. Onlar qeyri-adi şeylərə, ekstrasenslərə və fala daha çox inanırlar”.
Vasif İsmayıl qadınların şəhadət və adsız barmaqların quruluşu haqqında da danışıb.
Bir qadında adsız barmaq şəhadət barmağından daha uzundursa, onlarda da alkoqolizm riskinin daha yüksək olduğunu söyləyən həkim onların idmanda başarılı olduğunu və yazı xəttinin kişilərə bənzədiyini bildirib:
“Bir qadında şəhadət barmağı adsız barmaqdan daha uzundursa, daha çox uşaq dünyaya gətirə bilərlər və onlarda iybilmə, qoxu və görmə qabiliyyətləri daha yüksəkdir. Belə barmaq quruluşuna sahib olan qadınlar daha çox tək partyorla yaşayırlar”.
Həkim onu da qeyd edib ki, insan barmaqlarının uzunluğunun insanın öz hormonları ilə əlaqəsi azdır: “İnsan barmaqlarının uzunluğunun o insanın anasının ona hamilə ikən 13-cü həftədə bədənindəki testosterone, estrogen nisbəti ilə əlaqəsi var. Bu fakt elmi olaraq da təsdiq edilib və təkcə insanda deyil, bütün məməlilərdə müşahidə edilir”.