Ordu - Azərbaycan xalqının fəxridir
Xeberler 32

Ordu - Azərbaycan xalqının fəxridir

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 106 il ötür.

Bu barədə "Caliber" "YouTube" kanalının növbəti layihəsində material təqdim olunub.

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hərbi sahədə ilk uğur 1918-ci il sentyabrın 15-də əldə edildi. O zaman Milli Ordu Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun rəsmi bayram - Silahlı Qüvvələr Günü elan edilib.

Bu dövrdə Azərbaycan Ordusunun keçdiyi hərbi yolun zirvəsi Vətən müharibəsindəki möhtəşəm qələbə - Qarabağ qələbəsi oldu.

Daha ətraflı videosüjetdə:



Son xəbərlər