Bu gün 32 dərəcə isti olacaq
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
BiG.AZ xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
G.Məmmədova deyib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Onun sözlərinə görə, düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib:
"Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir".
Qurum rəsmisi qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.