Пятница
апр 12

Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.



Комментарии (0)

Оставить комментарий