20
июня
2024
11:30
Nihat və İbrahim qoyunları yuyanda batıblar - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfər batıb.
Lent.az-ın məlumatına görə, göldə boğulan gənclərlə bağlı yeni detallar məlum olub.
Məlumata görə, 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Həsənov qoyunları yuyarkən ehtiyatsızlıqdan göldə boğulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Faciəli şəkildə ölən gənclərin fotosunu təqdim edirik: