08
января
2019
18:50
"Donuz qripi"ndən 11 nəfər öldü
Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.
MAY.AZ unikal.org-a istinadən xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.
Qadının ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.
Xatırladaq ki, Gürcüstanda “donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib.