İtaətsiz at 73 yaşlı Şahzadə Annaya çətin anlar yaşatdı
Hadisə 8

İtaətsiz at 73 yaşlı Şahzadə Annaya çətin anlar yaşatdı

Londonda Böyük Britaniya kralı III Çarlzın ad günü şərəfinə keçirilən paradda "Rəngli Qoşunların" yürüşü zamanı Şahzadə Anna çətin anlar yaşayıb.

Belə ki, o, itaətsiz atı idarə etmək məcburiyyətində qalıb.

Kral ailəsinin üzvü olan 73 yaşlı qadın Britaniya paytaxtının mərkəzindən keçib, lakin onun atı bir anda tempini itirməyə başlayıb və həyəcanlı görünüb. Anna təcrübəli və bacarıqlı atlı kimi tamaşaçıların diqqətini çox da cəlb etmədən atını nəzarətdə saxlaya bilib.

Polkovnik kimi Kral Çarlzın bacısı paradda bütün reqaliyalarını taxıb və ikibuynuzlu şlyapa, idman şalvarı və at yürüşü üçün nəzərdə tutulmuş çəkmələri ilə eleqant görünüb. O, həmçinin cəngavərliyin ən yüksək, "Garter" və "Thistle" ordeninin kəmərini taxıb./Oxu.az



Son xəbərlər