Hindistanda kəskin istilər səbəbindən 16 nəfər ölüb
Hadisə 4

Hindistanda kəskin istilər səbəbindən 16 nəfər ölüb

Hindistanda kəskin istilər davam edir.

BiG.AZ xəbər verir ki, istilər səbəbindən 16 nəfər ölüb.

Bu barədə Hindistanın NDTV xəbər saytı məlumat yayıb.

Ölkənin Bihar ştatının Aurangabad şəhərində havanın temperaturunun 48 dərəcəyə qədər yüksəlib.

Şəhər xəstəxanasının həkimi bildirib ki, xəstəxanaya yüksək temperaturla bağlı şikayətlərlə də azı 35 nəfər gəlib.

Rəsmilərin sözlərinə görə, Bihar ölkədə davam edən istilər nəticəsində ən ağır zərbə alan dövlətlərdən biridir. Məktəblər və təlim mərkəzləri iyunun 8-dək bağlı qalacaq.

Hindistan Meteoroloji Departamenti ştatda növbəti 2 gün ərzində kəskin istilər barədə xəbərdarlıq edib



Son xəbərlər