"Kişi soruşur ki, uşaq nə vaxt olacaq?"
"Hər şey çox ciddiləşəndə ağırlaşır. Məndə əksinə rahatlıq var, daha da mənə enerji gəlib. Elə bil üstümdə yük var idi, onu atmışam".
OLAY yazır ki, bu sözləri müğənni Səidə Sultan "Günaylı gün" verilişində evliliyi haqda deyib. Sənətçi ailə qurduqdan sonra yaşadığı hisslərdən söz açıb:
"Azərbaycanda yaşayırsan, kimi görürsən, deyir, niyə ərə getmirsən? Efirə də çıxırsan, ərdən danışırlar. 40-a çatırdım yenə də bu mövzudan söz açırdılar. Amma özümə də onu seçmədim ki, mütləq şəkildə kiməsə görə getməliyəm, camaata nəyisə sübut etməliyəm. Onda çoxdan ailə qurardım. Həyat mənimdir. Qismət belə oldu, dedi, Səidə toyunu elə. İndi də uşaq söhbəti dəbə keçib. Deyirəm, bəsdi, xahiş edirəm , o söhbətlərə keçməyin. Bir də görürsən, kişi xəylağı soruşur ki, nə vaxt olacaq? Sənin nəyinə lazımdır?".