Azərbaycanda bu şəxslərə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA
Xeberler 36

Azərbaycanda bu şəxslərə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb.

Cəmiyyət arasında TikTok-a olan yanaşma birmənalı. Sözügedən platformanın mənəvi dəyərlərə vurduğu zərər açıq şəkildə ortadadır. Azərbaycanda hərbçilər arasında TikTok-dan istifadə edənlər var. Edilən paylaşımlar da müəyyən qədər sərhəd bölgələrdə problem yaradır. Əlbəttə ki, bütün ölkə əraizisndə TikTok sosal şəbəkəsinə qadağa qoyulması da bir qədər sual altındadır. Amma Azərbaycanda hərbçilərə TikTok-dan istifadəsinə qadağa qoyula bilər?.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazovun sözloərinə görə, TikTok nəinki ordu sıralarında, bütün respublika ərazisində qadağan edilməlidir:

"TikTok-un neçə illik fəaliyyəti bizim mənəviyyatımıza, gənclərin əxlaqına mənfi təsir etməsi göz önündədir. Bunu hamı yaxşı bilir. Təbii ki, Azərbaycan Ordusunda belə şeylərə xidmət vaxtı müəyyən qədər məhdudiyyətlər var. Təbii ki, konstitusiya bunu qadağan etmir. Ona görə də hər bir halda smartfonlar müharibədən əvvəl düşmənin istifadə edə biləcəyini nəzərə alaraq məhdudiyyətlər var idi".

Ekspertin deyib ki, kompüterlər olur və internetsiz heç bir halda bir məsələni idarə etmək olmur:

"Kimlərsə yenə də istifadə edir. Amma düşünürəm ki, birinci növbədə TikTok-un orduda və digər güc strukturlarında qadağan olunması yaxşı olardı. Amma bütün ölkə ərazisində qadağan olunmasını demək o qədər asan deyil. Çünki dövlətlərarası əlaqələrə problem yarada bilər. Amma bunun orduda qadağan olunmasının heç bir xəbər yoxdur".

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün Çin sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. ABŞ-də isə "TikTok"un ümumiyyətlə qadağa edilməsi gündəmdədir.




Son xəbərlər

Chanda
Chanda 19 июня 2024 01:41

milyon.az

0