Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır - VİDEO
Cəmiyyət 1 103

Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır - VİDEO

Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır - VİDEO


Aydın Şükürov adlı vətəndaş məhkəmənin onun şikayətinə baxmamasından narazıdır.

Elektron protokollarla bağlı belə mübahisələrin çox olduğunu nəzərə alınanda məsələnin əhəmiyyəti böyüyür. Çünki yol polisi əməkdaşları hər mübahisə zamanı sürücülərə tövsiyə edir ki, məhkəmələrə müraciət etsinlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hakimlərin məlumatsızlığı ilə bağlıdır. Şikayətə baxılması üçün "İnzibati tənbeh tətbiq etmək haqqında qərar" adlı sənəd məhkəməyə təqdim edilməlidir. Amma verilən protokol qərar statusunda olmadığından ona baxılmır.

Hakimlər burada incə bir məqamı unudurlar.

Protokol da avtomatik olaraq 10 gündən sonra qərara çevrildiyindən digər şikayətlərə olduğu kimi ona da baxılmalıdır.

Ekspertin fikrincə, əksər hallarda hakimlər dövlət yol polisinin elektron məlumat bazasında protokolun qərarsız kimi göstərilməsini əsas gətirərək protokolu geri qaytarırlar.

Problemin həll edilməsi üçün məhkəmələrdə elektron protokolların qərara çevrilməsi nəzərə alınmalıdır. Əks halda süründürməçilik və vətəndaşı necə davranacağına suallar yaranır.

May.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Son xəbərlər