İftar süfrəsi üçün reseptlər
Kulinariya 13

İftar süfrəsi üçün reseptlər

"İftar menyusu"nu təqdim edirik:

"Həlqə" peçenyesi

Ərzaqlar:
Su - 250 ml.
Un - 150 qr.
Yumurta - 3 ədəd
Mannı - 4 yemək qaşığı
Yağ - 60 qr.
Bir çimdik duz

Şərbət üçün:
Şəkər tozu - 3 st.
Su - 2 st.
Limon - 1/4 ədəd

Üzəri üçün:
Yaşıl fıstıq və ya qoz


Hazırlanması:

Əvvəlcə şərbətin ərzaqlarını qaynadıb soyumağa qoyun. Daha sonra suyu, marqarini vam oda qoyub duzu əlavə edib qaynadın. İçinə un əlavə edib, dayanmadan qarışdırın. 4-5 dəqiqə qaldıqdan sonra götürün. Mikserlə qarışdıraraq soyudun. Üzərinə yumurtaları tək-tək əlavə edin. Soyuyanda mannını əlavə edib, halqa formasında peçenyelər düzəldin. isidilmiş duru yağa atıb, qızardın. Daha sonra şərbətə qoyun. Süfrəyə verərkən üzərinə qoz və ya fıstıq səpin.

Sarımsaqlı badımcan

Ərzaqlar:
Badımcan - 3 ədəd
Soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Pomidor - 2 ədəd
Acı bibər - 1 ədəd
Qırmızı biber - 1 ədəd
Cəfəri - 7-8 budaq
Duz zövqə görə

Qızartmaq üçün:
Duru yağ

Hazırlanması:
Badımcanları yuyub uzunsöv doğrayın. Daha sonra yağda qızardın. Xırda doğranmış soğanı və sarımsağı yağda qovurun. Pomidor və bibəri çox kiçik doğrayaraq, üzərinə əlavə edin. Bişdikdən sonra xırda doğranmış cəfərini tökün. Duzlayın və hər badımcan diliminin uc qisiminə içliyi yerləşdirib rulet şəklində bükün.

Xarço şorbası

Ərzaqlar:
Mal əti -300 qr.
Kartof - 1 ədəd
Soğan - 1 ədəd
Yumru düyü - 100 qr.
Sarımsaq - 1 diş
Kərə yağı - 60 qr.
Tomat pastası - 1 ç/q
Dəfnə yarpağı - 2 ədəd
Nanə qurusu, sarıkök, duz

Hazırlanması:
Əti yuyub, suda qaynadın. Bişdikdən sonra xırda doğrayın. Soğanı xırda doğrayıb yağda qızardın. Üzərinə tomat pastası və qasığın ucunda sarıkök əlavə edin. Sarımsağı xırda doğrayıb, ət, dəfnə yarpağı ilə birlikdə soğanın üzərinə əlavə edin və 2-3 dəqiqə bişirin. Qazana 1,5 litr qaynar su əlavə edib, qarışdırın. Kartofu xırda doğrayıb yeməyə tökün. Düyünü əlavə edib, vam odda bişirin. Bişdikdən sonra 30 dəqiqə saxlayıb, sonra süfəryə verin.



Son xəbərlər