26
апреля
2022
18:30
Ramazan süfrəsi üçün reseptlər
Bu gün Ramazan ayının 25-ci günüdür
Heyvalı ət qovurması
Ərzaq:
Qoyun əti - 500 qram
Heyva - 400 qram
Doğranmış soğan - 2 ədəd
Quyruq - 50 qram
Ağ şərab - 1,5 stəkan
Göyərti, istiot və duz zövqə görə
Hazırlanması:
Əti xırda doğrayıb, bişirin. Üzərinə çəkilmiş quyruğu və xırda doğranmış soğanı əlavə edib, duz, istiot səpib, qızardın. Heyvaları təmizləyib, uzunsov doğrayın və ətin üstünə əlavə edin. Ağ şərab və bir az su əlavə edib, 50 dəqiqə vam odda saxlayın. Süfrəyə verərkən üzərinə doğranmış göyərti əlavə edin.
Qafqaz salatı
Ərzaqlar:
Kələm - 150 qr.
Kök - 2 ədəd
Sirkə - 1 x.q.
Mal əti - 100 qr.
Kartof - 2 ədəd
Bişmiş heyva - 1 ədəd
Mayonez - 100 qr.
Bitki yağı - 2 stəkan
Duz - zövqə görə
Hazırlanması:
Kələmi xırda doğrayıb, üzərinə duz, sirkə və bir az bitki yağı əlavə edib, iki saat saxlayın. Kökü sürtgəcdən keçirin. Kartofları nazik və uzunsov doğrayıb, yağda qızardın. Əti kub formasında doğrayıb, yağda qovurun. Xırda doğranmış heyvanı suda bişirin. Ərzaqların hamısını bir yerə qatıb, duz, mayonez əlavə edib qarışdırın.
"Ağlayan" keks
Ərzaq:
Yumurta - 4 ədəd
Şəkər tozu - 2 stəkan
Un - 3 stəkan
Kakao - 1,5 x.q
Süd - 2 x.q
Soda - 1 ç.q
Krem üçün:
Süd - 1 stəkan
Krem şanti - 1 paket
Qlazur üçün:
Süd - 1 stəkan
Un - 1 x.q
Su - 1 stəkan
Kakao - 1 x.q
Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə azca çalın. Sonra süd və kakaonu əlavə edin. Bir az qarışdırdıqdan sonra unu tökün. Ən sonda isə sodanı əlavə edib, yağlanmış tavaya töküb, 175 dərəcə isidilmiş sobada bişirin. Kremi keks soyuduqdan sonra üzərinə çəkmək lazımdır.
Qlazur üçün bütün ərzaqları qarışdırıb, sobada bişirin. Soyuduqdan sonra keksin üzərinə töküb, soyuducuda 20 dəqiqə saxladıqdan sonra süfrəyə verin.