Niyə qanımız qırmızı, damarlarımız mavidir?
Maraqlı ve Meslehetli 29

Niyə qanımız qırmızı, damarlarımız mavidir?

Qanınız öz rəngini qırmızı qan hüceyrələrindən alır. Tərkibində dəmirlə zəngin hemoqlobin molekulları oksigen daşıyarkən parlaq qırmızı, oksigendən məhrum olanda isə daha tünd, tutqun qırmızı olur. Bəs niyə qolumuzdakı damarlara baxdığınız zaman mavi görünür?

Lent.az xarici mediaya istinadla bildirir ki, bunun səbəbi işığın müxtəlif rənglərinin müxtəlif dalğa uzunluqlarına malik olmasıdır. Ona görə də onlar dərimizə dəydikdə fərqli şəkildə udulur və əks olunur.

Alvin Kienlenin “Journal of Applied Optics” jurnalında dərc olunan “Damarlar niyə mavi görünür? Köhnə suala yeni baxış” başlıqlı məqaləsinə görə, damarlara dəri və yağ təbəqələri vasitəsilə baxdığımız üçün mavi görünür.

Dəri ağ işığın qırmızı hissəsinin çoxunu qandan əks olunmazdan əvvəl saçır, mavi işığın qandan əks olunmasına və gözlərimizə qayıtmasına səbəb olur. Bu, mavi rənglərin atmosfer tərəfindən səpilməsi səbəbindən gün batımında ağ günəşin qırmızı görünməsinə bənzər bir təsirdir.

Mavi qan inancı bu gün də mövcuddur. Bu inanca görə insan qanı əslində mavi rəngdədir və oksigenlə təmasda olduqda qırmızıya çevrilir. Lakin bu, tamamilə yanlış fikirdir.




Oxşar xəbərlər

Son xəbərlər