Kişinin sizə aşiq olduğunu göstərən 5 əlamət
Qadın dünyası 12

Kişinin sizə aşiq olduğunu göstərən 5 əlamət

Bir çox kişiləri emosional insan adlandırmaq çətindir. Bəziləri həmişə sakit və olduqca soyuq davranır. Necə deyərlər, hislərini asanlıqla gizlətməyi bacarırlar. Ən əsası da qadın sevgisini.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlara baxmayaraq, aşiq olan kişi bəlli edən bir neçə addım var.

Sevgi "güzgülər"i

Qadına biganə qalmayan kişi şüursuz şəkildə həmsöhbəti kimi davranmağa başlayır. Söhbət eyni hərəkətləri və oxşar jestləri yerinə yetirməkdən gedir.

Gizli baxır, lakin birbaşa baxışlardan qaçır

Oğlan sevdiyi qadına daha uzun baxmaq imkanı tapmağa çalışacaq. Və qız onun baxdığını görənə qədər baxmağa davam edəcək. Qız onu görən kimi isə kişi üzünü döndərəcək.

Narahat

Kişi nə qədər güclü və dözümlü olursa olsun, aşiq olduğu adamın yanında olanda narahat olmağa başlayacaq. Və əksər vaxt bu həyəcan çox nəzərə çarpır.

Pis zarafatlara belə gülür

Bir kişinin sizə aşiq olub-olmadığını yoxlamaq istəyirsiniz? Onunla danışarkən bir az axmaq zarafat edin. Zarafatınız gülüş yaratmasa da, güclü cinsin nümayəndəsi gülürsə, onun sizi bəyənməsinə işarədir. Ancaq kişi bunu nəzakətdən də etmiş ola bilər.

Görünüşü dəyişir

Aşiq kişilər tez-tez dəbi izləməyə və idman zalına getməyə başlayırlar.




Son xəbərlər