Hər kişinin mütləq bir sevgilisi olmalıdır - Azərbaycanlı psixiatr
Cəmiyyət 183

Hər kişinin mütləq bir sevgilisi olmalıdır - Azərbaycanlı psixiatr

"Əslində hər kişinin bir sevgilisi olmalıdır. Sadəcə olaraq, o sevgilinin kim olduğu, necə olduğu kişidən, həm də sevgilidən asılıdır".


Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış uzman psixiatr İkram Rüstəmov bildirib.


"Nəinki kişilər qadınlar da sevgiliyə ehtiyac duyur. Sevgili kimdir? Səni sevən, dəyər verən, hörmət edən, əlüstündə saxlayan, xətalar və nöqsanlarınla xoş görən, qarşılıqlı doyurucu münasibətlə təmin edən kimsə deməkdir. Bu insanın həyat yoldaşı ola bilər və ya sevdiyi bir qadın ola bilər.
Ən gözəl sevgili yaraşıqlı kişi, qadın deyil. Ən gözəl sevgili ən yaxşı sirdaş, dost olandır.


İnsan könlü ilə sevdiyi zaman gözü ilə də sevir.
Sən Leyliyə Məcnunun gözü ilə bax".

Son xəbərlər