Bioloji yaşı azaldan 5 günlük pəhriz
Bioloji yaşı azaldan 5 günlük pəhriz hazırlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, pəhriz, özünü tükəndirmədən aclığı simulyasiya edir.
Cənubi Kaliforniya Universitetində bu yaxınlarda aparılan bir araşdırma, insanın bioloji yaşına təəccüblü təsir göstərən yeni pəhrizə diqqət çəkib. Bu pəhriz orqanizmi sözün əsl mənasında cavanlaşdırır. Elmi olaraq sübut edilib ki, cəmi 5 gün ərzində bioloji yaş azalır.
Pəhriz yüksək doymamış yağ və aşağı ümumi kalori, zülal və karbohidrat ehtiva edən 5 günlük proqramdır.
Pəhriz iştirakçılarına 5 gün ərzində bitki mənşəli şorbalar, enerji barları, içkilər, çipslər və çaylar, həmçinin yüksək səviyyədə minerallar, vitaminlər və əvəzolunmaz yağ turşuları təmin edən əlavələr verilib. Eyni zamanda, nəzarət qrupunun iştirakçılarına müntəzəm və ya Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə edilib.
Klinik nəticələr təsdiqləyib ki, pəhrizə riayət edən iştirakçıların bioloji yaşlarını orta hesabla 2,5 il azalıb.