ABŞ-də kişi qadını qaçıraraq dörd il həbsdə saxlayıb
13-03-2023, 13:23
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
Rusiyanın Sankt-Peterburq şəhərində polis adam oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, bir qadın polisə müraciət edərək bildirib ki, iki həftə əvvəl onu Lomonosov şəhərində oğurlayaraq girov götürüblər.
Hadisələrin təfərrüatları verilmir. Qadını oğurlayan şəxsin ehtimal ki, onun tanışı olduğu bildirilir. Qadın bildirib ki, kişi qısqanclıq zəminində özünü itirib və onun qolundan bərk-bərk tutub, daha sonra çəkiclə hədələyərək zorla maşına mindirib.
Zərərçəkmişin dediyinə görə, o, fevralın 24-dən öz iradəsinə zidd saxlanılsa da, təkbaşına qaçıb kömək istəməyi bacarıb.
Şübhəli saxlanılıb, təfərrüatlar müəyyənləşdirilir.
13-03-2023, 13:23
19-10-2023, 00:13
17-05-2025, 08:53
17-02-2024, 11:33
12-08-2025, 07:33