Qışda avtomobilin salonunu vaxtaşırı soyutmaq lazımdır – SƏBƏB
Avtomobil 25

Qışda avtomobilin salonunu vaxtaşırı soyutmaq lazımdır – SƏBƏB

Yayda avtomobilin içərisini havalandırmaq lazım olduğu hər kəsə məlumdur. Çünki ilin bu vaxtında avtomobilin daxili çox isti və havasız ola bilər. Bununla belə, proseduru qışda da həyata keçirmək məsləhətdir.

Lent.az xəbər verir ki, ancaq bunu gündə bir dəfə, axşam qaraja qoymamışdın əvvəl etməlisiniz.

Avtomobil salonunun qışda soyudulmasının əsas səbəbi nədir?

Avtomobilin bütün qapılarını qısa müddətə açan sürücü temperatur göstəricilərini bərabərləşdirir. Avtomobilin içi də çöldəki qədər soyuq olur.

Başqa sözlə, avtomobil uzun müddət açıq havada qaldıqda, şüşələrin dumanlanmasına və onlarda buz parçasının görünməsinə səbəb ola biləcək temperatur dəyişikliklərinin qarşısı alınır.

Səhər saatlarında sürücü şüşə səthindən kondensasiyanı çıxarmaq məcburiyyətində qalmayacaq.

Beləliklə, hər qış axşamı avtomobilin salonunun havasını dəyişin (təbii ki, hava şəraiti imkan verikdə). Bu, səhər saatlarında vaxta qənaət edəcək.

Son xəbərlər