03
июля
2018
15:33
İsti hava ilə bağlı əhaliyə xəbərdarlıq: bu saatlarda çölə çıxmayın
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirlikdən MAY.AZ-a verilən məlumata görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir.
Nazirlikdən bildirilir ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.
Anomal isti hava şəraiti iyulun 04-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.