“Motorola” ağıllı saata bənzəyən telefon prototipini təqdim etdi
Afisa / Texnologiya 18

“Motorola” ağıllı saata bənzəyən telefon prototipini təqdim etdi

“Motorola” şirkəti Barselonada keçirilən Mobil Dünya Konqresində qolbaq kimi biləyə taxıla bilən əyri ekrana malik smartfonunun işləyən prototipini nümayiş etdirib.

Lent.az “The Verge”a istinadən xəbər verir ki, prototip xüsusi maqnit bilərzikdən istifadə etməklə əldə saxlanılır. Bildirilir ki, displey son dərəcə çevikdir, o cümlədən heç bir problem olmadan geriyə əyilir.

Digər texnoloji bloqçular da bununla bağlı öz təəssüratlarını bölüşüblər. Onların sözlərinə görə, əldəki smartfon bir qədər ağıllı saatı xatırladır və displey bu vəziyyətə uyğunlaşır, eləcə də onun yuxarı hissəsində bütün ikona, eləcə də bildirişlər göstərilir.

Ekran qatlanmış vəziyyətə oxşar şəkildə uyğunlaşır. “Motorola” ilk dəfə “Lenovo Tech World '23” tədbirində bilərzikli smartfon konseptini təqdim edib. O, qütbləşmiş FHD+ displeydən istifadə edir. Standart rejimdə 6,9 düymlük ekran hər hansı digər smartfon kimi bütün Android sistemini dəstəkləyir.


Son xəbərlər