20
октября
2022
00:01
Ağıllı üzük təqdim olunacaq
"Samsung" saatlara, elektron bilərziklərə və digər oxşar qadcetlərə daha rahat alternativ ola biləcək ağıllı üzük hazırlamağa başlayıb.
Hazırda şirkət yeni qurğunun komponentləri və modullarının tədarükçüsü ola biləcək bir sıra tərəfdaşları ilə işləyir.
Keçən il koreyalılar ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə istifadəçiyə öz sağlamlığına nəzarət etməyə, eləcə də digər elektron cihazlarla qarşılıqlı əlaqə yaratmağa imkan verəcək oxşar məhsul üçün ərizə təqdim ediblər.
"Samsung"un ağıllı üzüyü ürək döyüntüsünün optik sensoru, elektrokardioqraf, həmçinin orqanizmin işinə və vəziyyətinə nəzarət edən bir sıra digər sistemlərlə təchiz olunacaq.
Bundan əlavə, üzükdən istifadə edərək smartfon, planşet və ya televizoru uzaqdan idarə etmək mümkün olacaq. Yeni cihazın buraxılış vaxtı hələlik məlum deyil./Oxu.az