Dünyanın ən çox qızıl ehtiyatı olan 11 ölkəsi - SİYAHI
Dünya 9

Dünyanın ən çox qızıl ehtiyatı olan 11 ölkəsi - SİYAHI

Belə bir fikir var ki, idarə olunan fiziki qızılın həcmi dövlətin real çəkisini və suverenliyini əks etdirir. Təsadüfi deyil ki, 1930-cu illərdə Franklin Ruzvelt bütün dünyadan, o cümlədən SSRİ-dən qızıl alaraq ABŞ-ın qızıl ehtiyatlarını artırırdı.


Maraqlıdır ki, G7 ölkələrinin qızıl ehtiyatlarının əhəmiyyətli hissəsi, xüsusən də Almaniya və İtaliya qızılları bu gün də Nyu-Yorkdakı Federal Ehtiyat Bankının anbarında yerləşir və faktiki olaraq ABŞ dövlətinin nəzarətindədir.


Digər tərəfdən maraqlıdır ki, Amerika öz milli qızıl ehtiyatlarını Kentukkidəki Fort Knox hərbi bazasında saxlamağa üstünlük verir.

Həmçinin, qızıl ehtiyatlarının son aylarda yavaş artması diqqət çəkir. Hazırda qızıl bazarında ən fəal oyunçu Çindir. Bu ölkə son 3 ayda cəmi 78 ton və ya ABŞ ehtiyatlarının 0,1%-dən azını qızıl formasında əldə edib.

May.az ən çox qızıl ehtiyatı olan 11 ölkənin siyahısını təqdim edir.

ABŞ: 8,133 ton

Almaniya: 3,353 ton

İtaliya: 2,452 ton

Fransa: 2,437 ton

Rusiya: 2,333 ton

Çin: 2,192 ton

İsveçrə: 1040 ton

Yaponiya: 847 ton

Hindistan: 801 ton

Hollandiya: 612 ton

Türkiyə: 479 ton



Oxşar xəbərlər

Son xəbərlər