Uşaqlar arasında qızılcadan ölüm hallarının artma səbəbi nədir? - AÇIQLAMA
Xeberler 68

Uşaqlar arasında qızılcadan ölüm hallarının artma səbəbi nədir? - AÇIQLAMA

Son vaxtlar Azərbaycanda uşaqlar arasında qızılcadan ölüm halları artmaqdadır.


İnfeksionist həkim Vasif Əliyev BiG.AZ-a bildirib ki, qızılcadan uşaqların ölüm səbəbi vaxtında aparılmayan peyvənd, ikinci həkim nəzarəti olmadan müalicədir. Xəstə istər ev, istər xəstəxana şəraitində olsun həkim nəzarətində müalicə almalıdır:


"Təəssüf ki, ölkəmizdə qızılca halının artması məyusedici haldır. Yoluxma hallarının davam etdiyi bir vaxtda ölüm halları da eşidirik. Xüsusilə də azyaşlı uşaqları qızılca xəstəliyindən itiririk.Gigiyena qaydalarına əməl etməklə, ara məsafəsi gözləməklə, maska taxmaqla, əl yumaqla bu xəstəlikdən qoruna bilərik. Amma təbii ki, bu, təkbaşına effektiv tədbir deyil. Çünki xəstəlik səpkili olduğu dövrlə yanaşı eyni zamanda səpkidən öncəki dövr də var. Bu zaman yüksək hərarət hiss edilir. İnsan qızılca olduğunu bilmir. Səpkisiz dövrdən etibarən şəxs yoluxdurucudur. Həmin şəxslərlə insan təmasda olduğu zaman inkubasiya dönəmindən sonra bu xəstəlik əlamətləri peyda olur. İnkubasiya dönəmi də müxtəlifdir. 6 gündən 21 günə qədər fərqlilik göstərə bilir. Bunun qarşısını almağın yeganə yolu qızılcaya qarşı vaxtında peyvənd vurulmasıdır. Hazırdakı epidemioloji vəziyyəti nəzərə alaraq hər qızdırmalı xəstəyə potensial qızılca daşıyıcısı kimi baxmalıyıq. Bunun qarşısını almağın ən effektiv yolu peyvənddir. Qızılcaya qarşı peyvənd rutin protokolunda yer alan peyvənddir. Uşaqlara 1 və 6 yaşında 2 doz peyvənd vurulur. Böyük insanlar da zamanında peyvənd olunmayıblarsa, bu xəstəliyi keçirməyiblərsə, 2 doz olmaqla 28 gün aralıqla vurdura bilərlər. Təbii ki, peyvənd vurulmayan insanlar qızılcaya yoluxubsa, mütləq həkim nəzarətində olmalıdır. İnsanlar ev şəraitində həkim nəzarəti olmadan müalicə edirlər. Hətta müəyyən köhnə fikirlər də mövcuddur. Qırmızı paltar geyinmək, otağı qırmızıya boyatmaq və ya qırmızı yataq dəsti, pərdə qızılcanı tez sağalır. Bunlar absurddur. Xəstə istər ev, istər xəstəxana şəraitində olsun həkim nəzarətində müalicə almalıdır. Qızılcadan uşaqların ölüm səbəbi vaxtında aparılmayan peyvənd, ikinci həkim nəzarəti olmadan müalicədir. Mən əsas iki faktor olaraq bunları görürəm. Hər kəs peyvəndə cəlb olunmalıdır. Bunu etmədikdə xəstəlik ölümcül ola bilir. Qızılca xəstəsi ilə təmasda olan insan 3 gün ərzində mütləq peyvənd olunmalıdır".

Son xəbərlər