05
января
2019
17:15
Sevgilinizin əlində belə xətt varsa, deməli... - İNANILMAZ SİRR
Sən demə, ovcumuzdakı bu xətt bütün taleyimizi həll edir. Hər bir insanın ovcundakı xətlər unikal və təkrarsızdır. Hətta bəzi xətlər toqquşaraq maraqlı naxışlar əmələ gətirir.
Bu xətlər sayəsində insanın taleyindən xəbər vermək və xarakterini müəyyən etmək mümkündür. Ovcumuzda ürək yolu adlanan bir xətt var. O xətt də hər kəsdə bir düzümdə qurulub. Ürək xətti sol əldə sağdakından yuxarıda olarsa... Belə insanlar adətən tez aşiq olurlar. Lakin partnyoru ilə münasibətinə daha çox məntiqi ilə yanaşır. Bu məsələdə güclü hissiyyatı və qarşı tərəfin ən xırda detallarına fikir verməsi böyük önəm daşıyır. Belə insanlar olduqca qaynar və tez alışandırlar. Hətta münaqişə anında da özlərini çox müdrik aparırlar. Onlar yalnız böyük sevgi duyduqda, ailə qururlar. Sevdikləri insandan həssaslıq və romantika tələb edirlər. Sağ əlin ürək xətti soldakından yuxarıda olarsa... Bu insanlar çox etibarlıdırlar. Hər çətin anınızda yanınızda olacaqlar. Güclü düşüncə qabiliyyətləri var. Çox vaxt sakit, səbirli və təmkinli olurlar. Özlərinə qarşı olduqca tələbkardırlar. Tam vaxtında özlərini ələ almağı bacarırlar. Lakin bəzən ən elementar hadisələrdə özlərini idarə edə bilmirlər. Bu da onlara mane olur. Üək xətti hər iki əldə bərabər məsafədədirsə.. Bu çox nadir haldır. Belə insanların çox ağır xasiyyəti olur. Mehriban, şəfqətli, səmimi, eyni zamanda da tez inciyən və emosionaldırlar. Onların yanında sözlərinizi diqqətlə seçin. Çünki hər fikrə kifayət qədər ciddi yanaşırlar. Bu insanların müsbət keyfiyyətləri də az deyil. Məsələn, çətin xarakterlərinin fərqindədirlər. Doğmalarına qarşı minnət hissi ilə aşıb-daşırlar və onlar üçün hər şeyə qadirdirlər. Çox yaxşı dinləmə qabiliyyətləri var. İnsanlara irad bildirməkdən çəkinirlər.(publika)