Воскресенье
дек 10

Şaban adı ilə tanınan məhşur aktyor - KARYERA

Ali Kamal Sunal 11 noyabr 1944-cü ildə İstanbulun Fatih mahalının Küçükpazar səmtində Malatyalı bir ailədə anadan olub. Ali təhsilə Mərmərə Universitetinin Ünsiyyət fakültəsində başlasa da, təhsilini başa vura bilməyib. Təhsili boyu müxtəlif işlərdə çalışan sənətçi əvvəllər Emayetaş fabrikində çalışıb, eyni zamanda elektrik ustası kimi də çıraklıq edib. 1981-ci ildə 35-37 yaşlarında hərbi xidmətə gedən sənətçi onu görən digər əsgərlər gülməyə başladığı üçün bölmənin nizamını pozduğu səbəbilə yenidən xidmətə göndərilib. 


Yarımçıq qalmış universitet təhsilini 1995-ci ildə Mərmərə Universiteti Ünsiyyət fakültəsinin radio, televiziya və kino fakültəsini bitirərək, daha sonra magistratura pilləsini bitirmişdir. 1999-cu ildə " Kamal Sunal Televiziya və Kinoda Komediya " adlı dissertasiya işi ilə magistratura pilləsini bitirmişdir.


Sunalın sənət karyerası Vəfa Liseyində oxuyarkən həvəskar olaraq oynadığı " Zoraki Tabip" adlı teatr oyunu ilə başlayıb. Orta məktəbdə oxuyarkən oynadığı tamaşa ilə "Akşam qəzeti Liseylərarası Teatr Müsabiqəsi"ndə "Ən Yaxşı Personaj Oyunçusu" seçilib. 

Rejissor Ertem Eğilmezin onu kəşf etməsi və 1972-ci ildə çəkilmiş Tatlı Dillim filmində Tarık Akanın basketbolçu dostu rolunu oynaması Kemal Sunalın karyerasında dönüş nöqtəsi oldu.


1975-ci ildə Kamal Sunal gələcəkdə bir çox filmdə rol alacağı Şener Şen ilə tanış olur. İkili bir-birini tamamladıqca birlikdə çəkildikləri filmlər bir-birinin ardınca gəlməyə başladı. Bu arada Ertem Eğilmez, "Hababam Sınıfı" filminə olan sıx tələb üzərinə filmi seriala çevirmək qərarına gəldi və serialın ikinci bölümünün çəkilişlərinə başladı. "Hababam Sınıfı Sınıfda kaldı" adlı bu filmin ssenarisini ilk filmində olduğu kimi Sadık Şendil yazmışdır. İlk filmdəki aktyorlardan fərqli olaraq "Semra Hoca" rolunu canlandıran Semra Özdamar və " Badı Ekrem " rolunu canlandıran Şener Şen filmin heyətinə qatılıb. 

"Hababam Sınıfı" serialından sonra məhşurlaşan aktyor 1975-1990-cu illərdə 30-dan çox filmdə rol almışdır. 


 2000-ci ildə Ali Özgentürkün çəkdiyi "Balalayka" filmində Kamal Sunal "Necati" obrazını canlandırmaq üçün razılaşıb. Bunun üçün Sunal filmin çəkilişlərində iştirak etmək üçün Trabzona getməli olub. Ancaq 3 iyul 2000-ci ildə filmin çəkilişlərinə başlamaq üçün Trabzona getmək üçün mindiyi təyyarə havaya qalxmazdan əvvəl ürək tutması nəticəsində dünyasını dəyişdi. Kamal Sunalın ölümündən sonra Uğur Yücel "Balalayka" filmində baş rolu canlandırıb.


Əli Mehdili

Комментарии (0)

Оставить комментарий