"Titanik"dəki yaşlı qadın cavanlıqda BELƏ OLUB - Cek onu görsə, Rouza tərəf baxmazdı - FOTOLAR
Foto 246

"Titanik"dəki yaşlı qadın cavanlıqda BELƏ OLUB - Cek onu görsə, Rouza tərəf baxmazdı - FOTOLAR

Kanadalı rejissor Ceyms Kemeronun "Titanik" filminə baxmayan çətin tapılar. Burada baş qəhrəman olan Rouzun qocalığını canlandıran Qloriya Stüartın həqiqətdə gəncliyi necə olub?

MAY.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2010-cu ildə, 100 yaşında vəfat edən bu aktrisa ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatına ən yaşlı namizəd olub.

Cavanlıqda gözəlliyi ilə heyran edən Qloriya yalnız 87 yaşında "Titanik" filminə çəkildikdən sonra şöhrət qazanıb. 1998-ci ildə aktrisa Hollivuddakı Şöhrət Xiyabanında ("Walk of Fame") ulduza layiq görülüb. 
Gənc yaşlarında Stüart dövrünün ən gözəl və perspektivli aktrisalarından biri hesab olunub. 30 yaşdan sonra o, artıq "Universal" kimi nəhəng kinostudiyalarla çalışıb. Lakin nədənsə rejissorlar ona daim ikinci dərəcəli rollar veriblər, mətbuat isə onun yaradıcılığı barədə, demək olar ki, heç nə yazmayıb. Nəticədə, bu haqsızlıqdan bezən Qloriya ümumiyyətlə kino sahəsindən uzaqlaşıb.


Uzun illər ərzində o, müxtəlif sahələrdə fəaliyyət göstərib: dizayn, tipoqrafiya, rəsm və hətta bonsay sənəti.


1975-ci ildə Stüart yenidən ekranlara qayıtmaq qərarına gəlib, lakin aktiv şəkildə çəkilişlərdə iştirakına baxmayaraq, bu dəfə də aktrisa şöhrət əldə edə bilməyib. Lakin arzuladığı yerə aparan yolun uzunluğu 20 il çəkib və nəhayət 1996-cı ldə Ceyms Kemeronun köməkçiləri Qroliyanın sorağına gəliblər.
Artıq 90 yaş ərəfələrində olsa da, qadın şansı əldən verməməli olduğunu anlayıb və filmə çəkilməklə həyatının, bəlkə də, ən mühüm addımını atıb.
Daha öncə 80-dən çox filmdə çəkilən Qloriya Stüartın adı məhz "Titanik" filmindən sonra dünya kino tarixinə həmişəlik yazılıb.




















Son xəbərlər