Воскресенье
ноя 26

Dünya çempionu: "Qələbəmi şəhidlərimizə həsr edirəm"

"17-26 Noyabr Portuqaliyanın Albufeira şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında
"Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiya vuruşaraq 2 qızıl medal qazandım".
Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə Dünya və Avropa çempionu Eduard Məmmədov bildirib:
"Başda Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti cənab Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Orxan Əliyevə təşəkkürlərimi bildirirəm. Azərbaycan respublikası gənclər və idman nazirliyinə göstərdiyi dəstək üçün təşəkkürlərimi bildirirəm. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Allah Şəhidlərimizə Rəhmət Etsin! Qazilərimizə can sağlığı versin!"

Комментарии (0)

Оставить комментарий