24
декабря
2018
17:21
Qadın hamamda DƏHŞƏT YAŞADI - Azərbaycanda ŞOK
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
MAY.AZ publika.az-a istinadən xəbər verir ki, rayonun Saray qəsəbəsi ərazisində, Çənlibel massivində yerləşən fərdi evin hamam otağında 1963-cü il təvəllüdlü Nəzakət Mustafayeva dəm qazından zəhərlənib. Yuyunmaq üçün hamama daxil olan qadının çıxmadığını görən ailə üzvləri narahatlıq keçirib və məlum olub ki, o, qazdan zəhərlənərək vəfat edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırmalar aparılır. Qeyd edək ki, son vaxtlar dəm qazından boğulma, xüsusi ilə hamam otaqlarında zəhərlənmə hallarının sayı artıb.