Prokuror baş redaktora 15 il cəza istədi
Hadisə 37

Prokuror baş redaktora 15 il cəza istədi

Milli.az xəbərlər portalının məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən N.Quliyevin 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə prosesi yanvarın 11-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Xatırladaq ki, Nazim Quliyev Cinayət Məcəlləsinin 182.2.3, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu gəlmə), 221.1 (xuliqanlıq) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, və ya satma) maddələri ilə ittiham olunur.

N.Quliyev daha əvvəl - 2009-cu ilin mayında "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında Nəsimi rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Anar Məmmədov
Milli.Az

Son xəbərlər