"Fənərbağça" Polat cütlüyü üçün qərar verdi
İdman 92

"Fənərbağça" Polat cütlüyü üçün qərar verdi

"Fənərbağça" Dilan Polat və Engin Polatın voleybol komandalarına sponsorluq etməyi dayandırıb.


BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Sarı-göylü komanda prezident Ali Koçun göstərişi ilə həbsdə olan "Fənərbağça" Qadın Voleybol Komandasının tayt sponsoru Dilan Polat və kişi voleybolunun qol sponsoru Engin Polatla bir mövsümlük müqaviləyə xitam verib.


Yağız Sabuncuoğlunun verdiyi xəbərə görə, "Fənərbağça" İdman Klubu Dilan Polat və Engin Polat cütlüyünün sponsorluq müqavilələrini ləğv etmək üçün qanuni təşəbbüslərə başlayıb.


"Fənərbağça" Polat cütlüyü ilə 1 mövsümlük müqavilə imzalayıb. Onlara qarşı irəli sürülən ittihamlardan sonra sarı-göylü komanda cütlüklə sponsorluq müqaviləsini ləğv edib. Klub rəsmi saytının sponsorlar bölməsindən Dilan Polat və Engin Polat adlarını çıxarıb.

Oxşar xəbərlər

Son xəbərlər