DYP əməkdaşına sual verdi, cərimələndi
Avtomobil 96

DYP əməkdaşına sual verdi, cərimələndi

Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb.


BiG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal restoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq "haran ağrıyır, rəis" ifadəsini işlədib. Daha sonra Nihal - "komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim", - deyib.


DYP əməkdaşı - "siz kimsiniz ki, mənimlə zarafat edirsiniz?" - cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağırılıb.


Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub.


Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.

Son xəbərlər