4 uşağa cinsi zorakılıq edən kişi həbs olundu
Hadisə 100

4 uşağa cinsi zorakılıq edən kişi həbs olundu

Polşanın Qdansk şəhərində Polikarp N. (64) adlı keşiş uşaqlara qarşı cinsi istismarda günahkar bilinib.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Özünə olan etibardan istifadə edərək dini ibadət etmək bəhanəsi ilə 10 il ərzində 4 uşağa cinsi zorakılıq etdiyi müəyyən edilən keşişin bəzi əməllərini Polşada, bəzilərini isə xaricdəki vəzifəsi zamanı törətdiyi bildirilib.


Qdansk Polis İdarəsinin mətbuat xidmətindən Piotr Pavlovski bildirib ki, keşiş Polikarp N. məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etməməklə susmaq hüququndan istifadə edib.


Prokurorluq tərəfindən 14 müxtəlif cinayətdə ittiham olunan keşiş məhkəmə qərarı ilə həbs edilib. Keşiş hər cinsi zorakılığa görə 3 ildən 15 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.


Vatikanın Xarici İşlər Katibliyində də işlədiyi deyilən keşiş 2022-ci ildə pedofiliya ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Uşaq və Gənclərin Müdafiəsi Nümayəndəliyi tərəfindən edilən cinayət şikayəti ilə barəsində istintaq başladılan keşişin 2006-2016-cı illər arasında cinsi zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Son xəbərlər