Yevlaxda gənc oğlan çayda boğuldu
Hadisə 1 022

Yevlaxda gənc oğlan çayda boğuldu

Yevlaxda gənc oğlan çayda boğuldu


Hadisə Kövər kəndi ərazisində qeydə alınıb.

Yevlaxda 23 yaşlı oğlan çayda batıb.

May.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 17-də Kür çayının Yevlax rayonu, Kövər kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Elməddin Siyafəddin oğlu Abdulrəhmanovun cəsədi batdığı yerdən 120 metr aralıda tapılıb.

Mərhumun cəsədi sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 18:10-da başa çatıb.

Son xəbərlər