30
октября
2023
17:26
Ər 5 aylıq hamilə arvadını öldürdü
Adanada evində ölü tapılan Hatice Dəmirin əri tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib.
BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Adanada evində ölü tapılan və əri tərəfindən boğularaq öldürüldüyü güman edilən 21 yaşlı gənc qadının 5 aylıq hamilə olduğu məlum olub.
Hatice Dəmir (21) səhər saatlarında yaxınları tərəfindən evində ölü tapılıb. Bunun üzərinə vəziyyət polisə çatdırılıb. Əraziyə gələn polis qrupları ölən qadının ilkin müayinəsi zamanı hər hansı bir zorakılıq izi və ya kəsici alət tapmayıb.
Qadının meyiti yarıldıqdan sonra Adana Ədliyyə Təşkilatı morquna aparılıb. Hatice Dəmirin ölümünün dəqiq səbəbi ekspertizadan sonra müəyyənləşəcək. Hatice Dəmirin əri E.D. (27) arvadını boğaraq öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Saxlanılan ərin evdən çıxdıqdan sonra küçədə 10 yaşlı uşağı boğmağa çalışdığı, vətəndaşların uşağı şübhəli ərinin əlindən almaqda çətinlik çəkdiyi də iddia edilib.