Понедельник
окт 30

Aysel yenə "Avroviziya"ya getmək istəyir

Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" təmsilçimizin seçim mərhələsi başlayıb.


Axşam.az-ın məlumatına görə, yarışmaya qatılmaq üçün mübarizə aparan 15 iştirakçının adı açıqlanıb.


Diqqət çəkən məqam isə müğənni Ayselin yenidən müsabiqədə Azərbaycanı təmsil etmək istəməsi olub. O, namizədlər sırasında yer alıb.


Qeyd edək ki, Aysel Məmmədova (Aisel) 2018-ci ildə ölkəmizi Portuqaliyada keçirilən yarışmada "X My Heart" mahnısı ilə təmsil edib. O, finala vəsiqə qazana bilməyib.

Комментарии (0)

Оставить комментарий