Понедельник
окт 30

Dəhşətli faciə: Şüşə körpü sındı, turistlər yıxıldı

İndoneziyada 10 metr hündürlüyündə şüşəli keçiddə fəlakət baş verib.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, 11 turist Geongda gəzərkən körpünün hazırlandığı material olan şüşə qəfildən çatlayıb. Çat nəticəsində iki turist yerə yıxılıb, digər turistlər isə qəfil uçma nəticəsində körpünün kənarlarına atılıblar.


Baş vermiş fəlakət nəticəsində yıxılan turistlərdən biri dünyasını dəyişib. Polis mərkəzin rəhbərliyinə körpünün təhlükəsizliyi ilə bağlı şikayətlərə məhəl qoymadığına görə araşdırmaya başlayıb.


İndoneziya mediası polisin araşdırmalarında bir çox qanun pozuntusu aşkar etdiyini bildirib. İddialara görə, şüşənin qalınlığı ən azı 5 sm olmalıdır, lakin bu körpünün qalınlığı 1,2 sm-dir.


Hətta körpü ilə bağlı standart yoxlamaların belə aparılmadığı bildirilir.

Комментарии (0)

Оставить комментарий