"Valideynlər uşağı zorla gətirir ki, oxumalıdır"
Həyat tərzi 104

"Valideynlər uşağı zorla gətirir ki, oxumalıdır"

"Musiqimizin inkişafı üçün sevindirici haldır ki, belə bir forum baş tutdu. Bəzi məsələlər gündəmə gələcək. Çalışmalıyıq ki, musiqimizdə, mədəniyyətimizdə inkişaf olsun. Bir çox ölkələrdə olmuşam, amma öz musiqimizdə olan zənginlik heç yerdə yoxdur".


Bu sözləri Axşam.az-a açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti Gülyanaq Məmmədova deyib. O, musiqimizdəki problemlərə görə kanalları və sosial şəbəkələri günhalandırıb:


"Musiqimizdə problemlər var. Heç vaxt problemsiz olmayıb. Bayağı musiqilər çox yer aldığı üçün çalışırıq musiqimizin bünövrəsini qoruyaq ki, onu gələcək nəsilə ötürək. Gündəmdə olan şit mahnıları aradan çıxarmalıyıq.


Bəzən buna görə kanalları da günahlandırıram. Ona görə də bir çox verilişlərə getmirik. Gedirəm görürəm ki, yanımda biri oturub. Tamaşaçı deyir ki, Gülyanaq, səndən gözləməzdim, bu uşaqların sənin yanında nə işi var? Deyirəm ki, yox onlar da gəncdir, bəlkə içlərindən istedadlısını tapmaq olar. Valideynlər əvvəl uşaqlarını oxumağa qoymurdular, indi qolundan tutub zorla gətirirlər ki, oxumalıdır. Qulaq asırıq istedadı varsa, dəstək oluruq, yoxdursa, deyirik ki, başqa sahəyə yönləndirin.


Təkcə televiziyaları yox, sosial şəbəkələrin də bayağı mahnıların yayılmasında böyük rol oynayır. İndi plastik əməliyyatla xanımlar necəki biri-birinə oxşayır, bayağı ifaçıların da mahnılarını kompüterlə necə yığılırsa, hamısı biri-birinə bənzəyir. Radioda qulaq asdıqda bilməyəcəksən ki, kimdir. Səs öz rəngi, xarakteri ilə seçilmlidir. Şövkət Ələkbərova, Rəşid Behbudovun dövründə də belə ifaçılar var idi. Amma əsəs hazırda onların məktəbi keçirilir".

Son xəbərlər