Воскресенье
окт 29

İsrail ordusu ilə HƏMAS arasında danışıqlar səngiyib

İsrail və Fələstinin HƏMAS hərəkatının rəhbərliyi arasında danışıqlar İsrail ordusunun Qəzza zolağında əməliyyatlarının genişlənməsindən sonra davam edib, lakin indi səngiyib.


"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.


Qeyd olunub ki, Qəzzada hərbi əməliyyatların deeskalasiyası ilə bağlı Qətərin vasitəçiliyi ilə tərəflər arasında danışıqlar oktyabrın 28-də davam etdirilib. Lakin İsrailin yerüstü əməliyyatına başlamasından sonra danışıqlar daha yavaş templə davam edir.


Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başlandığını elan edib. Onun sözlərinə görə, məqsəd Fələstinin HƏMAS hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir.

Комментарии (0)

Оставить комментарий