Пятница
окт 20

Ronaldonun keçmişi ilə bağlı həqiqət...İllər sonra uşaqlıq dostu danışdı

Dünyanın ən çox qazanan futbolçusu Kriştiano Ronaldonun keçmişi ilə bağlı həqiqət üzə çıxıb.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Sporting Akademiyasından olan dostu Fabio Paim portuqaliyalı ulduzun uşaqlıqda zibildən yemək yığdığını deyib. Paim "The Sun"a müsahibəsində uşaqlıq dostu ilə bağlı xatirələrini danışıb:


""Gecələr artıq heç kimin istəmədiyi və atıldığı burgerləri almaq üçün "fast food" mağazasının qarşısına çıxırdıq. Hər gecə oraya gedirdik və oradan aldığımız burgerləri yeyirdik".


Ronaldonun uşaq vaxtı belə çox çalışqan olduğunu deyən Paim dostu ilə fəxr edir: "Həmişə belə idi, məğlub olanda, uduzanda pis olurdu. Bu səy onu indiki Ronaldonu yaratdı. Bu gün belə onun oynamağına ehtiyac yoxdur. Lakin, oynayır və ən yaxşısı olmaq istəyir" deyə fikirlərini tamamlayıb.


Sevda Səfərova

Комментарии (0)

Оставить комментарий