"Barselona" bütün oyunçularını satışa çıxarır
İdman 122

"Barselona" bütün oyunçularını satışa çıxarır

"Barselona" böyük maliyyə problemləri yaşamaqda davam edir.


Lent.az xarici mediaya istinadla bildirir ki, son iki yay transfer pəncərəsi ərzində kataloniyalılar yeni gələnləri qeydə almaq üçün oyunçuları satmalı və ya icarəyə götürməli olublar. Klub maliyyə vəziyyətini xeyli yaxşılaşdırmaq üçün böyük satış etməyi qarşısına məqsəd qoyub. 2022-ci ilin yayında Frenki de Yonqu satmaq cəhdi uğursuz olub. Bu yay Ansu Fati satmaq mümkün olmayıb.


Məlumata görə, 2024-cü ilin yayında "Barselona"nın idman direktoru Deko əsas komandanın demək olar ki, bütün oyunçuları üçün təklifləri nəzərdən keçirməyə hazır olacaq. O, rəqabət qabiliyyətini itirmək riskini minimuma endirmək üçün bunu məşqçilər heyəti ilə əlaqələndirir.

Son xəbərlər