19
июля
2023
13:19
Qadınlar niyə kişilərdən gec arıqlayır?
Kişilər təbii xüsusiyyətlərinə görə qadınlara nisbətən daha tez arıqlayırlar. Onlar daha güclüdürlər və kişi orqanizmində əzələ kütləsinin nisbəti daha yüksəkdir. Bu, eyni yaş kateqoriyasındakı qadınlardan daha tez arıqlayan 45 yaşa qədər kişilərin timsalında xüsusilə nəzərə çarpır.
MAY.AZ xəbər verir ki, bu sözləri idman məşqçisi və dietoloq Mariya Volınkina deyib.
"Qadınlar daha yavaş arıqlayırlar, çünki onların orqanizmində qadın cinsi hormonları üstünlük təşkil edir. Üstəlik, reproduktiv yaşda olan qadınlar uşaq dünyaya gətirmirlərsə, bu da maddələr mübadiləsində hormonal dəyişikliklərə gətirib çıxarır və orqanizmə təsir edir. Qadınların doğuşu 40 yaşa qədər gecikdirməmələri vacibdir" - diyetoloq NEWS.ru ilə söhbətində izah edib.
Bununla belə, həkimin sözlərinə görə, düşünmək lazım deyil ki, immunitet kişiləri artıq çəkidən qoruyur.
"Əgər onlar kifayət qədər aktiv həyat tərzi keçirmirlərsə, o zaman bədən quruluşu dəyişməyə başlayacaq. Başqa sözlə, bədəndə yağ nisbəti üstünlük təşkil edəcək, sinə sallanacaq və mədə böyüyəcək", - Volınkina yekunda xəbərdarlıq edib.