07
июля
2023
15:23
Öpüş günü: Bayramın tarixi və öpüşlər haqqında maraqlı faktlar
İyulun 6-sı Beynəlxalq Öpüş günüdür. Bayram 60-dan çox ölkədə tanınır.
Bu romantik bayram 19-cu əsrin sonlarında Böyük Britaniyada icad edilib. Və bu əsrin 10-cu illərinin əvvəllərində Birləşmiş Millətlər Təşkilatında təsdiqlənib və beynəlxalq status alıb.
Lent.az xarici KİV-ə istinadən öpüşlər haqqında bilmədiyiniz maraqlı faktları təqdim edir.
Niyə insanlar öpüşür?
Tədqiqatçılar öpüşün icad edildiyi dövrü dəqiq müəyyənləşdirə bilməyiblər. Öpüşün intuitiv bir proses və ya tam öyrənilmiş bir davranış olduğu dəqiq bilinmir. Bir əfsanəyə görə, öpüşü icad edən qədim insanlar ruhun insanın nəfəsində yaşadığına inanırdılar və öpüşən insanların nəfəslərinin birləşməsi "ruhların toyu"nu simvolizə edir.
Amma alimlər müəyyən ediblər ki, əksər ölkələrdə öpüşmək mədəni normaya çevrilib. İnsanlar küçədə, filmlərdə və reklamlarda daim öpüşən insanları görürlər. Buna görə öpüş romantik bir əlaqənin məcburi bir komponenti kimi qəbul edilməyə başlayıb.
Bütün ölkələrdə öpüşmək layiqli sayılmır. Məsələn, İslam dövlətlərində, eləcə də Çin və Yaponiyada camaat arasında öpüşmək adət deyil. Bu nalayiq hesab olunur. Avropalılar və amerikalılar demək olar ki, hər yerdə öpüşürlər.
Öpüşmə haqqında maraqlı faktlar
Öpüşləri və onların orqanizmə təsirini öyrənməklə filematologiya elmi məşğul olur. Alimlər sübut ediblər ki, öpüşməyi sevən insanlar orta hesabla 12 il daha çox yaşayırlar. Həmçinin, öpüş bədəndəki ağrıları aradan qaldırır, bədənə anestezik təsir göstərir.
Minnesotadan olan bir amerikalı A. E. Volfram 1990-cı ildə festival zamanı rekord vurub. O, 8 saatda 8001 insanı öpüb, yəni hər 3,6 saniyədən bir yeni bir insanla öpüşüb. Ekranda ilk öpüş 1896-cı ildə göstərilib. O, May İrvin və Con S. Rayet tərəfindən Tomas Edisonun "Öpüş" adlı 30 saniyəlik reklam çarxında çəkilib.
1926-cı il "Don Juan" filmi ən çox öpüşmə səhnələrinə görə rekorda sahibdir - filmdə 191 dəfə öpüş var. Kino tarixində ən uzun öpüş 185 saniyə (3 dəqiqə) olub. "You’re in the Army Now" (1940) filmində Regis Toomey və Jane Vyman arasında nümayiş etdirilib.
Elm öpüşün sağlamlıq üçün faydalarını sübut edib. O, insanın sinir sisteminə müsbət təsir edir və stressi daha asan aradan qaldırmağa kömək edir. Uzun müddət davam edən həssaslıq hərəkəti yorğunluğa, stressə səbəb olan hormonları boğur. Həmçinin, öpüşmək qan təzyiqini bir qədər aşağı salır, ağızda turşuluğu normallaşdırır və kariyes riskini azaldır.
Kilo vermək üçün öpüşməyin faydaları da sübut edilib. 20 dəqiqə davam edən ehtiraslı öpüş kaloriləri effektiv şəkildə yandırır və maddələr mübadiləsini ikiqat artırır. Bir dəqiqə belə təmas 500 metr qaçışa bərabərdir.
Ən uzun öpüş 2013-cü ildə Tailanddan olan cütlük tərəfindən edilib. Onlar 58 saat 35 dəqiqə 58 saniyə fasiləsiz öpüşüblər.
Necə qeyd etmək olar?
Bayram rəsmi səviyyədə olmasa da, onlarla ölkədə qeyd olunur. Bu gün bütün dünyada müxtəlif bayram tədbirlərinin, müsabiqələrin, fləşmobların keçirilməsi adətdir. Tez-tez tədbir iştirakçıları arasında mükafatlar oynanılır ("Ən uzun", "Ən gözəl", "Ən qeyri-adi öpüş" və s.).
Ümumdünya Öpüş Gününü Sevgililər Günü adlandırmaq olar. Çünki bu, sevən insanlar arasında hissləri ifadə etmək üçün əla fürsətdir.