Hər gün qoz yeyin, faydasını görəcəksiniz
Maraqlı ve Meslehetli 146

Hər gün qoz yeyin, faydasını görəcəksiniz

Qoz lif, vitamin, minerallar və sağlam yağlar ehtiva etdiyi üçün ən yaxşı qida olaraq təyin edilib. Buna görə də gündəlik qida rasionuna qoz daxil etmək sizi bir çox problemdən qoruyacaq.
Axşam.az xəbər verir ki, qoz çəki tarazlığını təmin etməklə yanaşı, ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün faydalıdır.
Tərkibində 90-a yaxın qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir. Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq, yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər olan qoz, yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir. Qoz glutensiz pəhriz üçün də uyğundur. O, vegetarianlara və veganlara bir sıra qida və vitamin əlavələri təqdim edir. Antioksidanların bolluğuna görə, yaşlanma ilə bağlı, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını aldığı bilinir.

Son xəbərlər